EGMO-nun 3 bürünc medalı bizim qızların oldu
Qızlarımız XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, Fransanın Bordo şəhərində keçirilən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər. Riyaziyyatçı qızlarımızı təbrik edirik!

Şərh verin