“Moschino”nun 1900 manatlıq “süngər”i... — Fotolar
İtalyan moda brendi “Moschino” süngər formada ayaqqabı istehsal edib. “Qafqazinfo” xəbər verir ki, məhsullar artıq brendin rəsmi saytında mövcuddur. Yaz/yay kolleksiyasından olan bu dabanlı səndəllərdə daban və yuxarı hissəni örtən rafiya saçaqları (Red.- samanabənzər dekorativ əşya) var. Bu dizayn qədim zamanlarda məşhur olan bast (bitki lifindən hazırlanan) paltarlarını xatırladır. Ayaqqabının qiymətinin 950 avro (təxminən 1900 manat) olduğu bildirilir.

Şərh verin