“Bavariya” ÇL-in yarımfinalında — Video-Yenilənib
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real” Almaniyada səfər oyununa çıxacaq. Qeyd edək ki, “Real” və “Bavariya” arasındakı görüşlər “Avropa Klasikosu” adlanır. *** Matç başladı. *** Arda Güler 37-ci saniyədə hesabı açdı. *** Aleksandr Pavloviç 7-ci dəqiqədə hesabı bərabərləşdirir. *** Arda Güler 29-cu dəqiqədə cərimə zərbəsindən qol vuraraq, dublunu rəsmiləşdirir. *** Harri Keyn 38-ci dəqiqədə hesabı bərabərləşdirir. *** Kilian Mbappe 42-ci dəqiqədə komandasını önə çıxarır. *** Fasilə. *** İkinci hissə başladı. *** Kamavinqa 86-cı dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovuldu. *** Luiz Diaz 89-cu dəqiqədə hesabı bərabərləşdirir. Münxhen təmsilçisi ümumi hesabda 5:4 öndədir. *** Maykl Olise 90+4-cü dəqiqədə komandasını önə çıxarır. *** Matç 4:3 hesabı ilə başa çatdı. Ümumi nəticədə 6:4 öndə olan münxenlilər yarımfinala vəsiqə qazanırlar. Yarımfinalda “Bavariya”nın rəqibi PSJ olacaq.

Şərh verin