"Real Madrid" Çempionlar Liqasında ilkə imza atdı

"Real Madrid" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab görüşünə start heyətində heç bir ispan futbolçu olmadan çıxıb. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, paytaxt klubunun tarixində ilk dəfə baş verir. Portalın məlumatına görə, "Real Madrid" aprelin 15-də əsas avrokubok turnirində 515-ci oyununa çıxıb. Qeyd edək ki, "kral klubu"'un futbolçusu Braim Dias İspaniya vətəndaşlığına malikdir və ölkənin gənclər yığmalarında çıxış edib, lakin sonda Mərakeş milli komandasını təmsil etmək qərarına gəlib. Milli.Az