Bu yolda qaya uçqunu OLDU: Hərəkət dayandı

İntensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb. Milli.Az xəbər verir ki, hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə, yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb. Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır. Milli.Az