Nəriman "Kolambus Kryu"nun qələbəsində rol oynadı
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb. Milli.Az xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında "Riçmond Kikers" klubuna qarşı matçda əvəzlənmədən meydanda olub. 21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb. Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb. Qeyd edə ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur. //"Report" Milli.Az

Şərh verin