QMİ-nin saytına haker hücumu olub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi veb-saytına girişdə problemlər yaranıb. Milli.Az xəbər verir ki, bu barədə Müsavat.com məlumat yayıb. QMİ-dən verilən açıqlamada fakt təsdiqlənib və saytın haker hücumuna məruz qaldığı bildirilib. Qeyd olunub ki, bu səbəbdən texniki yenilənmə işləri aparılır və sayt müvəqqəti olaraq bağlanıb: "Yenilənmə prosesi başa çatdıqdan sonra sayt yenidən fəaliyyətə başlayacaq. Hazırda QMİ-yə dair ən son məlumatlar və xəbərlər ( https://caucasus-muslims.org/az ), ( https://caucasus-muslims.org/az ) saytında yerləşdirilir". Milli.Az