“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. Milli.Az xəbər verir ki, turun ilk oyununda "Kəpəz" Qəbələdə "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Günün digər oyunu son çempion "Qarabağ"la "Zirə" arasında keçiriləcək. "İmişli" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" oyunları sabah, "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri bazar günü keçiriləcək. Azərbaycan Premyer Liqası 4-cü tur 12 sentyabr "Kəpəz" - "Araz-Naxçıvan" 0:2 Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86. Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov. Qəbələ şəhər stadionu, 17:45. Milli.Az

Şərh verin