“Qarabağ” “Zirə” ilə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir. Milli.Az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması "Qarabağ"la "Zirə" arasında keçirilib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Daha öncə keçirilmiş "Kəpəz" - "Araz-Naxçıvan" matçında qonaqlar inamlı qələbəyə seviniblər - 2:0. "İmişli" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" oyunları sabah, "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri bazar günü keçiriləcək. Azərbaycan Premyer Liqası 4-cü tur 12 sentyabr "Qarabağ" - "Zirə" 1:1 Qollar: Kadi Borges, 81 - Ruan Renato, 39-pen. Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov. "Azərsun Arena", 20:00. Milli.Az

Şərh verin