Sərdar Fərəcovun son durumu açıqlandı
Dörd gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb. Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Xalq artisti Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir: “Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, - deyə məlumatda bildirilib.

Şərh verin