Ağdamda maşın aşdı, yeniyetmə öldü

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, rayonun Səfərli kəndi ərazisində “VAZ-21015” markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində maşında olan sərnişin, 2011-ci il təvəllüdlü yeniyetmə həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı