“Qarabağ” “Zirə” ilə bərabərə qaldı

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması “Qarabağ”la “Zirə” arasında keçirilib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Daha öncə keçirilmiş “Kəpəz” – “Araz-Naxçıvan” matçında qonaqlar inamlı qələbəyə seviniblər – 2:0. “İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək. Azərbaycan Premyer Liqası 4-cü tur 12 sentyabr “Qarabağ” – “Zirə” 1:1 Qollar: Kadi Borges, 81 – Ruan Renato, 39-pen. Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov. “Azərsun Arena”, 20:00.