İlham Əliyev: Azərbaycanda təbii qaz hasilatı artır və artacaq
İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib. Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır. Milli.Az

Şərh verin