Prezident: Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub

Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı - 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib. "Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub", - deyə dövlətimizin başçısı bildirib. Milli.Az