Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR

"Güller ve günahlar" serialının mövsüm finalı ilə bağlı tarix açıqlanıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə iyunun 20-də son bölümü ilə tamaşaçıların qarşısına çıxaraq yayımına müvəqqəti fasilə verəcək. Məlumata görə, ekran işi yeni mövsümə qədər efirdə olmayacaq. Serialda əsas obrazları Murat Yıldırım və Cemre Baysel canlandırır. Musa Milli.Az