Goranboy sakini bıçaqlandı — Ata-oğul tutuldu

Goranboyda 46 yaşlı kişi bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, Goranboy şəhər sakini Samir Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.