Lamin Yamal dünya çempionatında oynamaya bilər — Video

“Barselona”nın gənc ulduzu Lamin Yamal ciddi zədə alıb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün “Selta Viqo”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda meydanı erkən tərk etmək məcburiyyətində qalıb. L.Yamal 45+9-cu dəqiqədə zədəyə görə oyundan çıxıb. “El Mundo Deportivo” nəşrinin yazdığına görə, gənc ulduzun zədəsi ciddidir. O hətta dünya çempionatını da buraxa bilər.