HƏMAS onun sağ olduğunu açıqladı

HƏMAS hərəkatı Dohada iqamətgahı vurulmuş Qəzza zolağındakı lideri Xəlil əl-H ayyanın sağ olduğunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkat teleqram kanalında məlumat yayıb. HƏMAS liderinin fotosunu dərc etmədən “HƏMAS lideri Xəlil əl-Hayya Dohada həlak olan oğlu Humamın məzarını ziyarət edib” , - qeyd edib. Xatırladaq ki, sentyabrın 9-da Xəlil əl-Hayyanın İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücum zamanı öldüyü bildirilirdi.