Yaşayış evində YANĞIN - Ölən var

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb. FHN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Milli.Az