Kamçatkada güclü zəlzələ oldu
Kamçatkada 6,3 bal gücündə zəlzələ qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib. Qeyd edək ki, son aylarda Kamçatkada tez-tez güclü zəlzələlər olur.

Şərh verin