“Şamaxı” “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Kəpəz”i qəbul edib. Şamaxı şəhər stadionunda baş tutan oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Qeyd edək ki, günün ikinci matçı isə “Qarabağ”la “Neftçi” arasında, saat 19:00-da “Palms Sports Arena”da olacaq.