Sabah hava onlar üçün əlverişsiz olacaq — Xəbərdarlıq

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-si günün ikinci yarısından 28-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.