Restoranda bıçaqlandı — 28 yaşlı kişi saxlanıldı - Yenilənib
Göygöldə bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Elmar Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. *** DİN Mətbuat xidmətindən bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 27 yaşlı Elmar Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı Təhmin Allahverdiyev saxlanılıb. Araşdırma aparılır. Yunis Quliyev

Şərh verin