Ata-oğul dünya çempionu oldu — Fotolar
Sərhədçi İdman Olimpiya Mərkəzinin baş giziri Orxan Heydərli və oğlu Əbülfəz Heydərli dünya çempionu olub. “Qafqazinfo” xəbər verir ki, ata-oğul buna Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında nail olublar. O.Heydərli karatenin şotokan növündə keçirilən yarışda +84 kq çəki dərəcəsində qızıl medalın sahibi olaraq 4-cü dəfə dünya çempionu olub. Ə.Heydərli isə 10-11 yaşlılar arasında keçirilən yarışda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şərh verin