Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən azad olundu
Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib. Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb. Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Şərh verin