Şagirdlərə ŞAD XƏBƏR: İmtahanlarda əlavə vaxt veriləcək
2027-ci ildə buraxılış imtahanlarına ümumi vaxtdan əlavə 15 dəqiqə vaxt ayrılacaq. Milli.Az xəbər verir ki, bunu DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, bu məsələ artıq DİM tərəfindən razılaşdırılıb. Mina Mikayılova Milli.Az

Şərh verin