Məzahir Pənahov yenə sədr seçildi

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. Milli.Az Trend -ə istinadən bildirir ki,  iclasın gündəliyinə MSK-nın sədri, sədr müavini və katiblərinin seçilməsinə dair məsələ daxil edilib. Məzahir Pənahov səsvermə yolu ilə yenidən MSK-nın sədri seçilib. O, Azərbaycan Respublikasının Milli Məclisində deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Qeyd edək ki, Məzahir Pənahov 2000-ci il mayın 19-dan MSK-nın sədri vəzifəsindədir. Bundan başqa, Rövzət Qasımov da yenidən MSK sədrinin müavini seçilib. O, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edir. Milli.Az