Şakiranın konsertindən əvvəl bədbəxt hadisə

Dünyaşöhrətli kolumbiyalı müğənni Şakiranın konsertindən əvvəl bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Şakiranın mayın 2-si Rio-de-Janeyroda keçiriləcək konserti üçün səhnəni quraşdıran fəhlələrdən biri xəsarət alaraq həyatını itirib. “Zərərçəkən qaldırıcı sistemdə sıxılma nəticəsində aşağı ətraflarından ağır xəsarətlər alaraq ölüb”, - məlumatda deyilir.