Bu gecədən hərəkət məhdudlaşdırılır
Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (Ulduz metro stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub. Milli.Az

Şərh verin