Faktiki hava — Açıqlandı
Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir. Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.

Şərh verin