Maşın arakəsməyə çırpıldı — 4 nəfər xəsarət aldı

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə zamanı avtomobildə olan 1972-ci təvəllüdlü Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov