Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Saat 09:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ 27 km dərinlikdə qeydə alınıb.