AZAL bu istiqamətlərdə uçuşları bərpa edir — Yenilənib
“Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, sabahdan sözügedən istiqamət üzrə reyslərə start verilir. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ın rəsmi saytından və ya mobil tətbiqindən əldə etmək mümkdür. *** AZAL-ın yaydığı son məlumata görə, Dubay istiqaməti üzrə reyslər də bərpa edilir və 15 maydan uçuşlara başlanılır. Uçuşlar hər gün həyata keçiriləcək.

Şərh verin