Göygöldə ağır qəza - Xəsarət alanlar var

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Göygöl rayonundan keçən hissəsində olub. İlkin məlumata görə, qəza zamanı 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə, 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma başlanılıb. Milli.Az