15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü
Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib. Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib. Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb. Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir. Milli.Az

Şərh verin