"Sülh planı nüvə məsələlərini əhatə etmir"

İranın ABŞ ilə sülh planı yalnız hərbi əməliyyatlara son qoymağa yönəlib və nüvə məsələlərini əhatə etmir. Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun sözlərinə görə, Tehranın təklif etdiyi 14 maddəlik plan yalnız müharibənin sona çatması üçün tədbirlərə aiddir: "Bizim 14 maddəlik planımız yalnız müharibənin sona çatmasına yönəlib və nüvə məsələlərinə toxunmur". Qeyd edək ki, bəzi KİV-lər İranın nüvə proqramı məsələsinin ABŞ ilə mümkün danışıqların gündəliyinə daxil etməyə razı olduğunu yazıb. Milli.Az