İş zamanı halı pisləşən fəhlə vəfat etdi
Sumqayıtda iş başında olan fəhlə qəfildən dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları yaşayış massivində qeydə alınıb. Məlumata görə, 1965-ci il təvəllüdlü Vaqif Söyxan oğlu Nəsibov iş prosesi zamanı qəfildən özünü pis hiss edib və elə hadisə yerindəcə həyatını itirib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərh verin