Lerikdə ildırımın vurduğu gənc ÖLDÜ

Lerik rayonunda bədbəxt hadisə qeydə alınıb. Milli.Az xəbər verir ki, mayın 3-də rayonun Laman kənd sakini, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı kənd ərazisində ailəsinə məxsus örüş sahəsində ildırım vurması nəticəsində həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Trend.Az Milli.Az