Seriya A: İtaliya çempionu BƏLLİ OLDU
İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turu çərçivəsində "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşmada İtaliyanın "İnter" futbol komandası "Parma"nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, meydan sahiblərinin ilk qolunu qarşılaşmanın 45+1-ci dəqiqəsində hücumçu Markus Türam rəqib qapısından keçirib. İkinci hissədə isə yarımmüdafiəçi Henrix Mxitaryan səksəninci dəqiqədə fərqlənərək komandasının ikinci qoluna imza atıb. Bu qələbə sayəsində xallarının sayını 82-yə çatdıran "İnter" İtaliya çempionluğunu qazanıb. Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşan milanlılar ən yaxın izləyicisi "Napoli"ni 12 xal qabaqlayır. "Parma" isə 42 xalla on ikinci yerdədir. Milli.Az

Şərh verin