Juninyo Meksikada qollarını sıralayır — Video

Meksikanın “Pumas” klubunda çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Juninyo baxımlı qol vurub. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün “Klub Amerika” ilə keçirilən matçda fərqlənib. Forvard 5-ci dəqiqədə matçda hesabı açıb. Qarşılaşma isə 3:3 hesablı bərabərliklə başa çatıb. Qeyd edək ki, Juninyonun komandası “Pumas” 36 xala malikdir və “Guadalajara” ilə birlikdə çempionata liderlik edir. Braziliyalı oyunçu isə 8 qol vurub.