İsmayıllıda 43 yaşlı kişi itkin düşdü — Foto
İsmayıllı rayon sakini 43 yaşlı Aqşin Behbudov itkin düşüb. “Qafqazinfo” DİN-in Mətbuat xidmətinin regional bölməsinə istinadən xəbər verir ki, o yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 185 sm, saçları şabalıdı, arıq bədən quruluşlu. Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Şərh verin