Paşinyan Moskvada parada getməyəcək - SƏBƏB

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada parada getməyəcək. Milli.Az xəbər verir ki, o, bu barədə bu gün jurnalistlərə bildirib. Paşinyan seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib. Baş nazir Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də bununla bağlı məlumatlandırdığını qeyd edib. Milli.Az