“Bavariya” UEFA-ya şikayət məktubu ünvanlayacaq

“Bavariya” Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ ilə (1:1) cavab görüşündəki hakim idarəçiliyinə etiraz edib. “Qafqazinfo” xəbər verir ki, Münhen klubu referinin verdiyi qərarların nəticəyə təsir etdiyini deyib. Almanlar UEFA-ya rəsmi şəkildə şikayət məktubu göndərəcək. Artıq qitə futbol qurumuna şifahi narazılıq bildirilib. Qeyd edək ki, matçın gedişində baş hakim Joao Pineyronun verdiyi qərarlar “Bavariya” tərəfinin narazılığı ilə qarşılanmışdı.