İlon Mask rekord məbləğdə vergi ödədi

"SpeysX" şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb. Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. "Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb",- deyə Mask bildirib. Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq. Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq. Milli.Az