“Ad günün mübarək, oğul!” — Xalq artistinin kövrək anları+Video

Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Tamerlanla birlikdə mərhum oğlu Əlinin məzarını ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, o ziyarətdən görüntülər paylaşaraq oğlunun ad günü olduğunu bildirib. “5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək. Ad günün mübarək, oğlum. Ad günün mübarək, ata”, - deyə əlavə edib. Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə, 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.