3 gün iş OLMAYACAQ
Gələn həftə 3 gün iş olmayacaq. Milli.Az xəbər verir ki, 9 May - Faşizm Üzərində Qələbə Günü həftəsonuna düşür. Əmək Məcəlləsinə əsasən, bayram günü şənbə və ya bazar gününə düşəndə növbəti iş günü qeyri-iş günü hesab edilir. Bu səbəbdən də bayram tətili 11 maya bazar ertəsinə keçiriləcək. Ona görə də vətəndaşlar gələn həftə yalnız 4 gün işləyəcəklər. Aysel Milli.Az

Şərh verin