İtkin düşmüşdü — Meyiti zirzəmidə tapıldı

Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb. Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib. İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.