Sabah Bakının bu rayonunda qaz OLMAYACAQ
Bakının Nizami rayonunda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Milli.Az-a Azəriqaz İB-dən məlumat verilib. Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq 08.05.2026-cı il tarixində saat 12:00-dan işlər yekunlaşanadək E. Süleymanov, M. Şərifli, R. Rüstəmov və C. Naxçıvanski küçələrində qaz təchizatı dayandırılıb. Qeyd olunub ki, işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa ediləcək. Milli.Az

Şərh verin