“Sabah” 27 oyun sonra məğlub oldu
"Sabah" Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz"lə qarşılaşıb. Milli.Az xəbər verir ki, Valdas Dambrauskasın komandası bu matçda rəqibinə 0:1 hesabı ilə uduzub. Yeganə qolu 46-cı dəqiqədə Rəhman Hacıyev vurub. Bununla da "Sabah" 27 oyun sonra məğlubiyyətə uğrayıb. Masazır təmsilçisi bu mövsüm ilk və yeganə məğlubiyyətini 3-cü turda "İmişli"dən almışdı. Milli.Az

Şərh verin