“Qarabağ” “Qəbələ”yə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı

Misli Premyer Liqasının 31-ci turu davam edir. “Qafqazinfo” xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam klubu 62 xalla 2-ci, “qırmızı-qaralar” isə 20 xalla 11-cidir. İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “Sumqayıt” isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib. 9 may 17:00. “Qəbələ” - “Qarabağ” Baş hakim: İnqilab Məmmədov Qəbələ şəhər stadionu 19:30. “Sumqayıt” - “Araz-Naxçıvan” Baş hakim: Rəvan Həmzəzadə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 10 may 17:00. “Turan Tovuz” - “Karvan-Yevlax” 19:30. “Neftçi” - “Şamaxı” 8 may “İmişli” - “Zirə” - 0:0 “Sabah” - “Kəpəz” - 0:1 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Emin Mahmudov ("Neftçi") - 10 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Karim Rossi ("Şamaxı") - 9 qol Leandro Andrade ("Qarabağ") - 9 qol